“MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub” - NAZİR

Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə