“İbtidai sinif müəllimlərinin 20 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərib” - NAZİR

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib: “Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticə göstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə