Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə