“Məktəblinin yay mütaliəsi” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın təhsil müəssisələrinin iştirakı ilə “Məktəblinin yay mütaliəsi” adlı layihəsinə start verilir. İdarədən SİA-ya bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, mütaliəyə maraqlarının artırılması, kitab mübadiləsi mədəniyyətinin genişləndirilməsi, oxu bacarıqlarının inkişaf etdirilməsi və nitq vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir.

Layihə çərçivəsində paytaxtın təhsil müəssisələri şagirdlərin oxuduğu kitabları əks etdirən fotoşəkilləri, yaxud oxuduqları əsər və onun müəllifi ilə bağlı fikirlərinə dair videogörüntüləri məktəbin sosial şəbəkə hesablarında #məktəblinin yay mütaliəsi etiketi ilə paylaşması nəzərdə tutulur.

Qeyd edək ki, layihə sentyabr ayına qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə