5 və 6-cı sinifləri üzrə qəbul imtahanı həyata keçirilib

22 və 23 iyun tarixlərində Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 5 və 6-cı sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı həyata keçirilib. Bu barədə SİA-ya Təhsil İnstitutundan məlumat verilib.

5 və 6-cı siniflər üçün qəbul imtahanı ümumilikdə 18596 şagirdin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində təşkil olunub.

Qeyd edək ki, imtahan nəticələri 10 gün ərzində elan olunacaq. Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcək

Bütün xəbərlər Facebook səhifəmizdə