Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

18, 19, 22, 23, 24, 26, 27, 28, 31, 36-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin konsertmeysterləri Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müvafiq linkdə qeydiyyatdan keçə bilərlər. DİM-dən SİA-ya bildirilib ki, konsertmeysterlər bir növbə üzrə ən çoxu üç abituriyenti müşayiət edə bilər.

Konsertmeyster imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədin əsli ilə (şəxsiyyət vəsiqəsi) birlikdə imtahana buraxılış vərəqəsini də təqdim etməlidir.

Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin konsertmeysterlərinin qeydiyyatı mütəmadi olaraq abituriyentlərin imtahana buraxılış vərəqəsi sistemə yerləşdirildikdən sonra həyata keçirilir.

Göstərilən komissiyalar üzrə abituriyentlərin buraxılış vərəqələri gün ərzində şəxsi kabinetdə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə