“5 dövlət qurumu DİM tərəfindən keçirilən bütün pilot layihələrdə iştirak edib” - Məleykə Abbaszadə

“Keçirilən seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaqdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsindəki islahatlar davam edir: “Dövlət qulluğunun inkişafına dair 2018-ci ildə 2019-2025-ci illər islahatlar strategiyası qəbul olunub. Bu strategiya kadr səriştəliliyinin artırılmasına kompelks tədbirləri əhatə edir.

DİM təşkilati strukturları gücləndirmək məqsədi ilə iki illik dövlət qulluğuna qəbulun səriştəliliyinin artırılması ilə bağlı layihə həyata keçirib. Layihə çərçivəsində dövlət qulluğuna qəbul tələbləri, zəruri bilik və bacarıqlar, müvafiq qiymətləndirmə yeni səriştə modelinin hazırlanması istiqamətində çoxsaylı işlər görülüb. Layihə müddətində dövlət qurumlarının nümayəndələri müsahibə və təşkilatlarda iştirak ediblər. Xüsusilə 5 dövlət qurumu bütüm pilot layihələrdə iştirak ediblər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə