Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib - FOTOLAR

İyunun 23-də 2024-2025-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda IV sinfi bitirən 261 qız şagird iştirak edib.

Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnlərindən qapalı test formasında ümumilikdə 45 sual təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.

Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq. İmtahan nəticələri 10 gün ərzində elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə