Sertifikatlaşdırma imtahanında maksimal bal toplayan riyaziyyat müəllimi bəlli olub

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. SİA xəbər verir ki, 90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Saida Bayramova maksimal 60 balı toplayıb.

Saida Bayramova 1 saat ərzində sualları cavablandırdığını söyləyib: “Sualları cavablandırdıqdan sonra suallara təkrar baxdım ki, texniki səhvlərim olmasın. İxtisas sualları çox rahat idi. Metodika suallarında qərarsız qalmışdım. Daha əvvəl diaqnostika imtahanında 59 bal toplamışdım”.

Saida Bayramovanın fikrincə ki, müəllim dövrün tələbinə cavab verə bilmək üçün özünü inkişaf etdirməlidir: “İmtahana hazırlıq mərhələsində müəllimlər yeni biliklər qazandı. Düşünürəm ki, bu prosesdə ən çox xeyir görən şagirdlər olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə