İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılova həsr olunan konfrans keçirilib

UNEC-in 94 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (1930-1934) ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsinə həsr edilən konfrans keçirilib. Konfransın açılışında çıxış edən rektor professor Ədalət Muradov universitetin 94 illiyi münasibətilə əməkdaşları təbdik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in hər zaman dəyərlərinə sahib çıxdığını deyən professor Ə.Muradov, universitetin zəngin tarixindən dən söz açıb: “Biz keçmişimizə sahib çıxaraq, dəyərlərimizi yaşadırıq. Bu dəyərlərdən biri də universitetin ilk rektoru olmuş Mehdi bəy İsmayılovdur”. Rektor M.İsmayılovun 30-cu illərdə tələbələrin azərbaycan dilində dərsliklərlə təmin olunması, eləcə də universitet fakültələri əsasında institutların yaradılması istiqamətində etdiyi cəhdlərdən də bəhs edib: “Qeyd etməliyəm ki, bizim bu gün görmək istədiyimiz və gördüyümüz bir sıra işləri Mehdi bəy müəllim öz rektorluğu dövründə həyata keçirməyə təşəbbüs göstərib. Biz bu ali təhsil müəssisəsinə rəhbərlik etmiş şəxslərin reallaşdırılmamış planlarını əsas tutaraq, İqtisad Universitetini düşündüyümüz zirvəyə qaldırmaq əzmindəyik”, deyə rektor bildirib.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin yaranma tarixi barədə təqdimatla çıxış edib.

“Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov isə Mehdi bəy İsmayılovun zəngin həyat və fəaliyyəti barədə arxiv sənədlərindən əldə etdiyi maraqlı faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə