Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

Bu ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vakansiyası üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk 10 günlüyündə Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən müsahibələrə dəvət ediliblər.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilib.

Nəticələr ilə bağlı apellyasiyaya müraciət etmək istəyən namizədlər 21-25 iyun 2024-cü il tarixlərində müsahibədə iştirak etdikləri Təhsil İdarələrinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə