Mədəniyyət müəssisələrinə qəbul üzrə imtahanlara start verilir

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlayır. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.

İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə