Qarabağ Universitetinin ilk tələbəsi bəlli oldu - FOTO

Qarabağ Universitetinin ilk tələbəsi məlum olub. SİA xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Facebook" hesabında paylaşım edib.

Rektor bildirib ki, sözügedən universitetin ilk tələbəsi 654 balla hüquqşünaslıq ixtisasını seçən Əli Rüstəmzadədir.

Ə. Rüstəmzadə Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur.

Bütün xəbərlər Facebook səhifəmizdə