Tərtərdə 759 məzun üçün “Son zəng” çalınıb

Bu gün Tərtər rayonunun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalınıb. Bu il rayon üzrə 759 nəfər şagird XI sinfi bitirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, veteranların, məktəb kollektivlərinin, valdeynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar. Tədbirdə çıxış edən müəllimlər və məzunlar təhsilə, gənc nəslə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr veriblər. Təqdim olunan müxtəlif kompozisiyalar, musiqili-bədii proqramlar iştirakçılarda xoş və kövrək anlar yaradıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə