Türkiyənin Qazi Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş olub

Türkiyənin Qazi Universitetində Azərbaycan Dövlət İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. SİA xəbər verir ki, bu nüfuzlu ali təhsil müəssisənin rektoru, professor Musa Yıldız ilə keçirilən görüşdə iki qardaş ölkənin universitetləri arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları da iştirak ediblər.

Yekunda Qazi Universitetinin rektoru Musa Yıldız Ankaradakı Fuat Sezgin adına meşə massivində Azərbaycan nümayəndə heyətinin şərəfinə ağac əkilməsi ilə bağlı sertifikat təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə