“Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq simpozium keçiriləcək

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Türkiyə Cümhuriyyəti Qazi Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 9-10-da Ankarada böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Bu barədə SİA-ya institutdan bildirilib. Simpoziumda iştirak etmək istəyənlər iyulun 30-dək məruzələrinin tezislərini göndərə bilərlər. Avqustun 30-da isə tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək.

İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini konfransda iştirak etdikdən sonra oktyabrın 25-dək göndərməlidirlər.

Simpoziumla bağlı əlavə məlumatla Əlyazmalar İnstitutunun saytında tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə