Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırıcı sessiya keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün, 6 iyun tarixində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilib. SİA xəbər verir ki, təlimdə media nümayəndələri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva iştirak ediblər.
Sessiya STEAM İnnovasiya Mərkəzində keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, sertifikatlaşma müəllimin öz üzərində işləməsi üçün stimuldur: "Burada əsas məqsəd də təhsilin keyfiyyətinin artırılmasıdır. Həm 4, həm də 6-ci siniflərin monitorinq imtahanları keçirildi. Bu nəticələr müəllimlərin sertifikatlaşma nəticələri ilə qarşılaşdırıldı.
Sertifikatlaşma prosesi ibtidai sinif müəllimləri ilə başlamışdı. Daha sonra Azərbaycan dili müəllimləri ilə davam etdi. 2026-ci ilə qədər bütün müəllimlərlə bu sertifikatlaşma prosesini yekunlaşdıracağıq. Sertifikatlaşmanın əhəmiyyəti çoxdur. 53 müəllim sertifikatlaşma nəticəsində öz iş yerini dəyişmişdir.
Kimlər sertifikasiyada iştirak edə bilməz: 1. Hamilə qadınlar; 2. Uşağının 3 yaşadək sosial məzuniyyətdə olan; 3. İlk dəfə işə qəbul olunanlar, 3 il müddətində; 4. Azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər buraya daxildir. 8 iyun tarixində 8 min müəllimin iştirakı ilə keçən il kəsilən Azərbaycan dili müəllimləri və xarici dil müəllimləri, ingilis dili müəllimləri arasında sertifikatlaşma imtahanı keçiriləcək".
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, təəssüf ki, cəmiyyətdə bəzi hallarda bu proseslər fərqli qeyd edilir: "Təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də müəllim faktorudur. 2014-cü ildən Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsi əsas prioritet olaraq qiymətləndirilmişdir. Müəllimlərin əmək haqları 2014-cü ildən etibarən 35 faizə yaxın artırılmışdır.
2022-ci ildə ilk dəfə ibtidai sinif müəllimləri üçün sertifikasiyaya başladıq. Burada 30 minə yaxın müəllim iştirak etdi. Onların nəticələrinə uyğun olaraq artımlar tətbiq edildi. 2023-cü ildən 800 nəfərə yaxın müəllim işindən kənarlaşdırılmışdır. Bu rəqəmlər dəyişib. 2026-ci ilə kimi bütün müəllimlər sertifikasiyada iştirak edəcək. Yüksək nəticə toplayan müəllimlərin əmək haqları 1300 manata yaxındır. Həmin müəllimlərin sayı 8 minə yaxındır".
Məlumatlandırıcı sessiyada sertifikatlaşdırma ilə bağlı təqdimat edilib və suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB