"Müəllimlərin əmək haqları 2014-cü ildən etibarən 35 faizə yaxın artırılmışdır" - Eşqi Bağırov

"Müəllimlərin əmək haqları 2014-cü ildən etibarən 35 faizə yaxın artırılmışdır" - Eşqi Bağırov

"Təəssüf ki, cəmiyyətdə bəzi hallarda bu proseslər fərqli qeyd edilir". SİA xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də müəllim faktorudur: "2014-cü ildən Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsi əsas prioritet olaraq qiymətləndirilmişdir. Müəllimlərin əmək haqları 2014-cü ildən etibarən 35 faizə yaxın artırılmışdır.

2022-ci ildə ilk dəfə ibtidai sinif müəllimləri üçün sertifikasiyaya başladıq. Burada 30 minə yaxın müəllim iştirak etdi. Onların nəticələrinə uyğun olaraq artımlar tətbiq edildi. 2023-cü ildən 800 nəfərə yaxın müəllim işindən kənarlaşdırılmışdır. Bu rəqəmlər dəyişib. 2026-ci ilə kimi bütün müəllimlər sertifikasiyada iştirak edəcək. Yüksək nəticə toplayan müəllimlərin əmək haqları 1300 manata yaxındır. Həmin müəllimlərin sayı 8 minə yaxındır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə