“Məktəbəqədər təhsil müəssisələrinin ilk yaradıcılıq tədbiri keçirilir” - Nərminə Hüseynova
“Bu gün Beynəlxalq Muğam Mərkəzində məktəbəqədər təhsil müəssisələrinin ilk yaradıcılıq tədbiri keçirilir. Tədbir 1 iyun- uşaqların müdafiəsi gününə həsr olunub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BŞTİ-nin müdiri Nərminə Hüseynova deyib.
O bildirib ki, tədbirdə məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının yaradıcılıq qabiliyyətləri təmsil olunub: “Tədbirdən öncə uşaqların əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Daha sonra isə konsert proqramı təşkil olunub, proqramın bütün hissələrində isə məktəbəqədər təhsil müəssisələrinin uşaqları iştirak ediblər”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB