“Universitetlər arasında əməkdaşlıq onların reytinqinə təsir göstərir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Universitetlər arasında əməkdaşlıq, xüsusilə, Türkiyə universiteti ilə əməkdaşlıq universitetin həm reytinqinə, həm də elmi tədqiqat fəaliyyətinə müsbət təsir göstərən məqamlardır. Bu universitetlər müəyyən qədər dini, dili, tarixi ənənələri olan bir ölkəylə olduğu zaman daha həvəsli, məhsuldar bir əməkdaşlıq olur. Ona görə bunu alqışlamaq lazımdır. Atatürk Universiteti Türkiyənin tarixi ənənələri olan bir universitetdir. BDU da bundan geri qalmır”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, bir əsrdən çox tarixi olan xüsusilə dəqiq elmlərdə kifayət qədər ciddi tədqiqatları olan bir universitetdir: “Düzdü müəyyən labotoriyalar, maddi texniki bazadan axsamalar var. Ancaq bu cür əməkdaşlıqla birgə labotoriyalardan, birgə tədqiqaların aparılması, tələbə müəllim mübadiləsinin olması iki qardaş dövlət arasında elm və təhsil əməkdaşlığına müsbət töhfə verər. Buna görə alqışlanmalıdır".
Elçin Süleymanov bu əməkdaşlıqlardan biri olan Mövlana mübadilə proqramından bəhs edib: "Bu cür əməkdaşlıqlar kağız üzərində qalmamalıdır. Orada nəzərdə tutulan bütün müddəalar reallaşmalıdır. Bunun üçün universitet rəhbərliyi də maksimum dəstək göstərməlidir. Həm Türkiyədən elmi adamlar, tələbələr gəlməlidir. Həm də Azərbaycandan ora getməlidir. Bununla əlaqəli Mövlana mübadilə proqramı var ancaq daha ikili əməkdaşlıqla əlaqəli dəstəklənən proqramlara ehtiyac duyulur. Dediyim kimi, nəticədə belə müqavilələrin olması alınan dərslərin tanınması, kreditlərinin tanınması, labotoriyalarda birgə tədqiqatlarının aparılması imkanlarını doğurur".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB