Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 min 226 vətəndaş müraciəti daxil olub. Nazirlikdən SİA-ya bildirilib ki, müraciətlərin 45 min 42-si çağrı mərkəzləri, 804-ü sosial media, 5186-sı vatsap vasitəsilə, 1220-si elektron, 1090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 min 884 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB