2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib - Rüstəm Ağayev

Müvafiq qurumlar arasında kommunikasiyanın təkmilləşdirilməsi daha effektiv qərarların qəbul edilməsində böyük rol oynayır. Uşaqlar arasında da profilaktik işlər görülməlidir. Biz müxtəlif nazirliklərlə birlikdə polis əməkdaşları ilə məktəblərdə monitorinqlərə başlamışıq. O cümlədən Fövqəladə Hallar Nazirliyi ilə birgə il boyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri aparılmaqdadır. SİA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edərkən deyib.

R.Ağayev “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardımın göstərildiyini qeyd edib. Bildirib ki, təcili tibbi yardım üçün 3100 müraciət qeydə alınıb.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ildən yaradılıb. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə