I sinfə şagird qəbulu ilə bağlı 9859 sorğu yerləşdirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsini əhatə edən ümumi təhsil müəssisələri üzrə 2024-2025-ci tədris ili üçün birinci siniflərə şagird qəbulu ilə bağlı 9 min 859 sorğu yerləşdirilib. Bu barədə SİA-ya regional idarədən məlumat verilib.

Bildirilib ki, yerləşdirilən sorğulardan 5 min 609-u Abşeron-Xızı, 4 min 250-si isə Sumqayıt üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə