Xarici dil fənlərindən metodika və pedaqogika sualları Azərbaycan dilində olacaq - İnstitut direktoru

Müəllimlərin sertifikatlaşdırılması imtahanında xarici dil fənlərindən metodika və pedaqogika sualları Azərbaycan dilində olacaq. SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

“İstənilən xarici dilin tədrisində əsas məsələ mətnlərin qavranmasıdır. Şagirdin tədris dilinin qaydalarını bilməsi deyil, yazılı nitqi oxuyub-anlaması daha çox tələb olunur. Buna görə də xarici dil fənləri üzrə imtahanda oxuyub-anlama sualları üstünlük təşkil edir. Əgər müəllimdə bu bacarıqlar yoxdursa, bu həmin müəllimlərlə iş aparılması barədə bir xəbərdarlıqdır”, - deyə Nəzakət Mehdiyeva bildirib.

İnstitut direktoru qeyd edib ki, Təhsil İnstitutu olaraq Təhsil TV-nin studiyasında təşkil olunan vebinarlarda sertifikatlaşdırma imtahanında müxtəlif fənlər üzrə suallar cavablandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə