Qalib şagirdlərlə görüş keçirilib

Ölkəmizdə idmana göstərilən dövlət qayğısı atıq bölgələrdə idmana olan marağı və yüksəlişi də sürətləndirib. Bölgə məktəblilərinin respublika və beynəlxalq səviyyəli yarışlara qatılmaları, uğurlu nəticələr qazanmaları dediklərimizə əyani sübutdur. Şabran şəhər Tofiq Abbasov adına 1 saylı tam orta məktəbin şagirdləri də növbəti uğura imza atıblar. Babayeva Dəniz, Bayramova Zəminə və Allahyarova Ədilə 3-18 may tarixlərində Bakı şəhərində Boks idman növü üzrə keçirilən "Heydər Əliyev kuboku-2024" Beynəlxalq turnirinin qalibi olublar. Qalib idmançı şagirdlərlə məktəbdə görüş keçirilib.
Məktəbin direktoru Fikrət Şamxalov yüksək nəticə göstərmiş şagirdləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, adıçəkilən şagirdlər eyni zamanda Boks üzrə Azərbaycan milli komandasının üzvləri seçiliblər.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə