"Qiymətləndirmə prosedurlarının dəyişməsində rəqəmsallaşma çox mühüm addımdır " - MƏLEYKƏ ABBASZADƏ

"Bu yeni mərhələdə qiymətləndirmə prosedurlarının dəyişməsində rəqəmsallaşma çox mühüm addımdır". SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, belə bir addım gələcəkdə də bütün imtahanları daha şəffaf keçirməyə imkan verəcəkdir: "Dövlət Qulluğuna qəbul, işə qəbul imtahanları olanda bu görüntüləri internetə də çıxaracağıq. Bizim üçün ictimai müşahidə çox vacibdir. Bu proses mürəkkəb prosesdir. Ümumiyyətlə, layihə də kifayət qədər mürəkkəbdir. İlkin addımdır. Ümidvarıq ki, gələcəkdə regionlarda da tətbiq olunacaq.

Burada təxminən 700 nəfər imtahan verir. Günün ikinci yarısında da 700 nəfər imtahan verəcək. Beləliklə, iki gün ərzində 2800 insan burada tamamilə şəffaf, tamamilə yaxşı şəraitdə imtahan verəcək. İmtahan bitən kimi nəticələri də görəcəklər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə