Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər - FOTOLAR

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər - FOTOLAR

56-cı Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komanda üzvləri seçilib. Bu barədə SİA-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdləri Səttar Şərifzadə və Nihad Hacızadə, Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə olmaqla ümumilikdə 4 şagird ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə