Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar - FOTOLAR
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat işləri aparıblar. SİA xəbər verir ki, ilkin araşdırmalar nəticəsində kifayət qədər aktiv olan və mütləq hündürlüyü 305 m təşkil edən palçıq vulkanının sayca 12-ci dəfə qeydə alınan püskürməsinin daha zəif olduğu aşkarlanıb.
Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının qiymətləndirmələrinə görə, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxarılan palçıq 0,7 ha ərazini örtüb. Orta qalınlığı 0,7 m olan palçıq örtüyünün həcmi isə 5000 m3-dir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə ən azı 4 dəfə kiçik göstəricidir.
Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100 m məsafədə yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örtüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.
Tədqiqat çərçivəsində püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli süxur nümunələri toplanılıb. Hazırda vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB