“Fənn olimpiadalarının keçirilməsinin əhəmiyyəti…” - EKSPERT AÇIQLADI

“Şagirdlər fənn olimpiadaları vasitəsilə öz potensiallarını kəşf edirlər. Fənn olimpiadalarının keçirilməsinin əhəmiyyəti şagirdlər arasında müsbət rəqabət yaradır. Şagirdlər öz potensiallarını kəşf edir, bu rəqabət mühitində onlar daha çox çalışır, daha çox əzm göstərirlər”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

“Düşünürəm ki, bu yarışlar gizli qalmış potensialları, gizli qalmış cövhərləri kəşf etməkdə əhəmiyyət daşıyır. Bu tip yarışlar nəticəsində şagirdlər sertifikat, mükafatlandırma, təşəkkürnamə alırlar. Nəticədə onların dərsə marağı daha da çoxalır, motivasiyaları artır. Belə yarışlar nəticəsində şagirdlər bir qismi dünyamiqyaslı olimpiadalarda iştirak edə bilirlər”,- deyə ekspert əlavə edib.

Q.Məhərrəmov sözlərinə davam edərək bildirib ki, olimpiadaların məqsədi şagirdləri həvəsləndirmək, məktəblərdə müsbət tendensiya yaratmaqdır: “Nəticədə şagirdlər uğurları ilə önə çıxırlar. Bu hal həmin şagirdlərin məktəb yoldaşları arasında "fenomen" olmasına səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə