Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. DİM-dən SİA-ya verilən xəbərə görə, mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 24987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.
İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Xəbər lenti
Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
Mədəniyyət 16:11Almaniya mediası nasistlərin girovuna çevrilir - TƏHLİL
Siyasət 15:52NATO Ankarada Trampa “buynuz göstərdi”...
Siyasət 14:37Azərbaycan XİN Cənubi Sudanı təbrik edib
Siyasət 14:06Ermənistan Rusiyadan asılı olaraq qalır - FAKT
Siyasət 13:39Qısa və kəskin - ANALİTİK
Siyasət 13:33Yorğunluğumuzu necə aradan qaldıra bilərik
Sosial 13:26Sabah 37 dərəcə isti olacaq
Hadisə 13:00Sabunçuda 48 kiloqram narkotik aşkarlanıb
Hadisə 12:59ƏƏSMN: Sosial layihə üzrə daha 40-dək mənzil satılıb
Sosial 12:56"Turan Tovuz" klubunda yeni təyinat baş tutub
İdman 12:08AMB yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı yeni agentlər seçib
İqtisadiyyat 12:03Azərbaycan nefti 82 dollardan baha satılır
İqtisadiyyat 10:28Monqolların türk tarixinə hörmətsizliyi…
Sosial 09:23Belarus mayeləşdirilmiş təbii qazın ixrac rüsumlarını azaldıb
İqtisadiyyat 08:34Rusiya Odessanı bombaladı - azı 4 nəfər ölüb
Dünya 05:04Güclü sel poçt binasını aparıb
Sosial 02:04"Cavab görüşündə hər şeyə hazır olmalıyıq"
İdman 01:20Samuxda iki avtomobil toqquşub - xəsarət alanlar var
Hadisə 01:03"Biz oyun oynaya bilərik" -Trampdan İran AÇIQLAMASI
Siyasət 00:02Bu gündən Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir
Sosial 8 İyul 23:32"Bütün çatışmazlıqları aradan qaldıracağıq" - Qurbanovdan AÇIQLAMA
İdman 8 İyul 23:18Məktəb seçimi bu tarixdən başlayır - MƏLUMAT
Təhsil 8 İyul 23:06Rusiya və Litva arasında gərginlik- ETİRAZ NOTASI
Dünya 8 İyul 22:31Ərdoğan və Kir Starmer arasında MÜHÜM MÜQAVİLƏ
Dünya 8 İyul 22:19Mikayıl Cabbarov Qurbanqulu Berdiməhəmmədovla görüşüb
İqtisadiyyat 8 İyul 22:05Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib -YENİLƏNİB
İdman 8 İyul 21:54McLaren yarım əsrdən sonra ilk yol avtomobilini yenidən canlandırdı...
Texnologiya 8 İyul 21:49Kondisioner sağlamlığınıza necə zərər verə bilər...
Sosial 8 İyul 21:28Tramp ABŞ-nin 3 milyard dollarlıq yeni müdafiə investisiyalarını elan edib
Dünya 8 İyul 21:14Məbəddən ilhamlanan geyimlər...
Dəb 8 İyul 21:08Mark Rutte: NATO bu gün əvvəlkindən daha güclüdür
Dünya 8 İyul 20:51“Benzin yox idi? 90-cı illərdə ərzaq əslində rasionlaşdırılırdı”
Dünya 8 İyul 20:48“1,2 milyon nəfər”: Rusiyada səfərbərlik olacaqmı?
Dünya 8 İyul 20:27NATO-nun 36-cı Sammitinin yekun Bəyannaməsi açıqlanıb
Dünya 8 İyul 20:21Gerasimov Putini necə tənqid edib..?
Dünya 8 İyul 20:07Konfrans Liqası: “Zirə” – “Torpedo” oyunu başlayıb
İdman 8 İyul 20:01Filosoflar “kiçik yaşıl insanlar” haqqında stereotipləri təkzib ediblər...
Texnologiya 8 İyul 19:51Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
Siyasət 8 İyul 19:31Ukrayna müasir müharibəni dəyişdirir...
Dünya 8 İyul 19:28Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında yeni perspektivlər
Siyasət 8 İyul 19:18“Dünya Putini məhv edəcək...”
Dünya 8 İyul 19:08Donald Tramp Putinlə danışacağını bildirib
Dünya 8 İyul 19:04“Zirə” və “Torpedo” komandalarının start heyətləri açıqlanıb
İdman 8 İyul 18:58Rutte: İranla yeni müharibə ABŞ-nin Ukraynaya dəstəyini azaltmayacaq
Dünya 8 İyul 18:53The Telegraph: Bank böhranı yarım milyon rusiyalını müflis etdi...
İqtisadiyyat 8 İyul 18:49Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9426
+0,11%
-
GBP
2,2779
+0,33%
-
RUB
2,2145
-0,35%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;

.jpg)

