Azərbaycanın sabiq Baş naziri ADU-dakı vəzifəsindən azad olunub

Sabiq Baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad olunub. SİA-nın məlumatına görə, o, ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı SİA-ya təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, N.Məmmədov 2018-2019-cu illlərdə Azərbaycanın Baş naziri olub. O, 2017-2018-ci illərdə Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. 2012-2017-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbər müavini, 1997-2017-ci illərdə Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və 2017-2018-ci illərdə Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə