“Əmək bazarının tələbinə uyğun kadr hazırlığı həyata keçirilmir” - EKSPERT FİKRİ

“Hazırda Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbinə tam olaraq cavab verən kadr hazırlığı həyata keçirə bilmirlər. Məsələn, aparılan tədqiqatlar nəticəsində məlum olur ki, bizim hazırki 51 ali təhsil müəssisəmizdə 187000 tələbə təhsil alır və bir qəbul ilində 50 mindən çox tələbəni bakalavr pilləsinə qəbul etmişik. Məzunların isə cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrinin böyük əksəriyyətinin əmək bazarının tələblərinə cavab verən kadr hazırlamamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, əmək bazarında ehtiyac olan ixtisaslar var: “Tibb ixtisasına böyük ehtiyac olsa da, çox az sayda qəbul həyata keçiririk. Müəllimlik üzrə isə kifayət qədər çox kadrımız var, amma bizə daha yaxşıları lazımdır. Məsələn, mühəndis baxımından kadr kifayət qədər görünür. Amma nəzərə almaq lazımdır ki, bu bir neçə sahəni əhatə edir və konkret olaraq hansı mühəndisə ehtiyacımızın olub-olmadığını aydınlaşdırmaq kadr hazırlığı baxımından bizə daha çox yardım edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə