Mayın 5-də keçirilən imtahanların nəticələri yaxın 3 həftə ərzində açıqlanacaq

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanların nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə