Nazirliyə 27 mindən çox vətəndaş müraciəti

Aprelin 16-dan 30-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına ümumilikdə 27 525 vətəndaş müraciəti daxil olub. Nazirlikdən SİA-ya bildirilib ki, müraciətlərin 18 min 575-i çağrı mərkəzləri, 710-u sosial media, 3334-ü vatsap vasitəsilə, 986-sı elektron, 925-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2995 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul prosesi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə