Magistr imtahanında ən yüksək balı o topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 2-ci cəhdinin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, imtahanlarda rus bölmısi üzrə ən yüksək balı hansı bakalavrın topladığı bəlli olub: bu, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.

BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.

Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olunub. Prezident təqaüdçüsüdür. Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə