“Şumerlərin izi ilə” - elmi seminar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva

seminarda şumerlərin mədəniyyəti haqqında məruzə ilə çıxış edib. O, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə