Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyinatı

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini, baş həkim əvəzi təyin olunub. SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Afət Əkbərova gətirilib və o, aprelin 30-dan işinin icrasına başlayıb.

Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 ilə yaxındır həkim-infeksionist kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə