AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarına doktorantura və dissertantura üzrə ayrılan yerlərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri Sərxan Xavəri AMEA-da 2024-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarına doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 68 yer (45 yer əyani, 23 yer qiyabi), doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 17 yer (3 yer əyani, 14 yer qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 50 yer, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 41 yer müəyyən edilib.

Həmçinin vurğlanıb ki, AMEA-da ilk dəfə olaraq sənəd qəbulu paralel olaraq portal.edu.az vasitəsilə elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, sənəd qəbulu aprelin 16-dan başlayıb və mayın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə