Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Mayın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) Təhsildə Qiymətləndirmə Xidmətinin növbəti TOEFL iBT imtahanı keçiriləcək. DİM-dən SİA-ya bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanacaq.

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə