Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, Mərkəz tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodistlərin fəaliyyətinin monitorinqi keçirilib. Monitorinqin məqsədi metodistlərin fəaliyyətlərinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodiki dəstəyin göstərilməsi olub.

Bu dəfə monitorinq Bakı şəhəri 18, 88, 116, 161, 191, 265 nömrəli tam orta məktəblərdə, Abşeron rayonu Masazır qəsəbəsi 5 nömrəli tam orta məktəbdə, Salyan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə