Ötən ay 337 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitələri aşkarlanıb

Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) cari ilin ilk ayında gördüyü işləri açıqlayıb. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) SİA-ya verilən xəbərə görə, şöbənin 2011-ci ilin yanvar ayı ərzində iş planına, DRİ-yə daxil olan göstəriş və müraciətlərə əsasən 75 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 337 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 81 ədədi möhürlənib, 256 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 17 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə