Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 557 ton tranzit yük göndərilib
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. SİA xəbər verir ki, sözügedən tədarük Rusiyadan Azərbaycan ərazisi vasitəsilə tranzit yolla reallaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB