"Premium Bank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,035 milyon manat dividend ödəyib.
SİA bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 42,2 % çoxdur.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun səhmlərinin 86,25 %-i "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərova, 13,47 %-i "VIP Aviation Services" MMC-yə, 0,28 %-i isə Elvira Əhmədovaya məxsusdur.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB