Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRİPP ("Tramp marşrutu") layihəsi barədə danışıb. Erməni nazir ölkəsinin mediasına açıqlamasında bildirib ki, Ermənistan və ABŞ arasında bu layihə üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq. "Ermənistan və ABŞ arasında TRİPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq", - o bildirib.
Mirzoyan bildirib ki, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır. "Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq", - nazir əlavə edib.
O qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRİPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir. Mirzoyanın sözlərinə görə, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB