“Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir” - ŞƏRH

“Cənab Prezident İlham Əliyev növbəti dəfə çox mühüm bir müşavirə keçirdi və bu müşavirədə çox vacib və önəmli məqamlara toxundu. Biz artıq bir neçə dəfədir ki, bu cür görüş və müşavirələrin keçirilməsinin şahidiyik. Artıq bu, ənənə halını alıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, əvvəlki dövrdə də bu istiqamətdə bəzi tədbirlər və görüşlər keçirilmişdi:

“Bu dəfə keçirilən müşavirə isə çox vacib və əhəmiyyətli idi.

Ümumiyyətlə, bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri ərzaq təhlükəsizliyidir. Növbəti illərdə dünya əhalisinin 9 milyarda çatacağı və ərzağa tələbatın 70 faiz artacağı proqnozlaşdırılır.

Bu baxımdan Azərbaycan üçün də bu məsələlər olduqca həssasdır. Cənab Prezidentin keçirdiyi müşavirələr olduqca əhəmiyyətli və vacibdir. Burada müzakirə olunan məsələlər də çox mühümdür.

Söhbət kənd təsərrüfatından, ərzaq təminatından, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafından gedir. Bu addımlar çox böyük fürsətlər və imkanlar yaradır. Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə