Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qiymətlər Yevlax–Tbilisi üzrə 67 manatdan, Gəncə–Tbilisi üzrə 62 manatdan, Ağstafa–Tbilisi üzrə 57 manatdan, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manatdan başlayacaq.

Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə