Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanın Energetika Nazirliyi və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayevlə birgə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum ilə görüş keçirib.
"Azərbaycan-Türkiyə enerji əməkdaşlığı enerji təhlükəsizliyi ilə yanaşı, enerji keçidinin əsas sütunlarından biri olan enerji səmərəliliyi istiqamətində də genişlənməkdədir", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB