Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 516,7 milyon manat təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % az, ilin əvvəli ilə müqayisədə 2,6 % çox, 2025-ci il martın 1-nə nisbətən isə 7,1 % azdır.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 599,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 4,9 % çox, ilin əvvəli ilə müqayisədə 5,9 % az, ötən il martın 1-nə nisbətən isə 24,6 % çoxdur.
Azərbaycanda ümumi aktivləri 57 milyard 132,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB