Azərbaycanda həyat sığortası üzrə ödənişlər 44 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 129,231 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 43,5 % artaraq 101,136 milyon manata çatıb.

Beləliklə, 2 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 55,7 manat təşkil edib.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə