Bu ilin yanvar ayında Azərbaycana 472 min ABŞ dolları dəyərində 230 min ton nərə balığı (dondurulmuş) idxal edilib.
SİA Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 207 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 138 ton (-29 %), Polşadan 105 min ABŞ dolları dəyərində (+5dəfə) 15 ton (-29 %), Çindən 62 min ABŞ dolları dəyərində 14,5 ton (1 il əvvəl tədarük olmayıb), Estoniyadan 47,7 min ABŞ dolları dəyərində 40,6ton (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 44 min ABŞ dolları dəyərində 20 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan tədarük (3,6 minABŞ dolları dəyərində 1,1 ton) həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB